...

Əhmədinejad sanksiyaların təsirini etiraf etdi və vəziyyətdən çıxış yollarını açıqladı

Dünya xəbərləri Materials 16 Yanvar 2013 13:23 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad dünən parlamentin açıq iclasında çıxış edərkən ölkəyə qarşı sanksiyaların təsirinin nəticələrini və mövcud vəziyyətdən çıxış yollarını açıqlayıb.
Əhmədinejad sanksiyaların təsirini etiraf etdi və vəziyyətdən çıxış yollarını açıqladı

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad dünən parlamentin açıq iclasında çıxış edərkən ölkəyə qarşı sanksiyaların təsirinin nəticələrini və mövcud vəziyyətdən çıxış yollarını açıqlayıb. Bu barədə Trend çərşənbə günü IRIB agentliyinə istinadən məlumat verir.

"Biz yeni hücum və məhdudiyyətləri gözləyə və onlardan yankeçmə yollarını tapa bilərik. Biz düşmənin hər dediyini edə bilərik, lakin ali lider bu variantın əlyehinədir", - Əhmədinejad qeyd edib.

Prezidentin sözlərinə görə, daha bir variant isə İranın milli potensialından istifadə etməklə struktur dəyişiklikləridir.

Əhmədinejad vurğulayıb ki, sanksiyalar ölkə üçün problem yaratsa da, problemin həlli üçün düzgün yanaşmalar tapılmalıdır.

Prezident sanksiyalara görə xarici ticarətin də zərər gördüyünü etiraf edib. Onun sözlərinə görə, Mərkəzi Banka və neft satışına qoyulan sanksiyalar müəyyən problemlər yaradıb.

"Onların məqsədi hökumət və xalqa təzyiq göstərmək və ölkədə inkişaf tendensiyasını yubatmaqdır", - Əhmədinejad bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti