...

Ermənistanda prezidentliyə namizəd parlamentin işini baykot etməyə çağırıb

Dünya xəbərləri Materials 28 Yanvar 2013 10:50 (UTC +04:00)
Ermənistanda prezidentliyə namizəd Aram Arutyunyan parlament fraksiyasını parlamentin növbəti iclasını baykot etməyə və xalqın iradəsi ilə yeni parlamentin formalaşması üçün onun işində üç ay iştirak etməməyə çağırıb.
Ermənistanda prezidentliyə namizəd parlamentin işini baykot etməyə çağırıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Ermənistanda prezidentliyə namizəd Aram Arutyunyan parlament fraksiyasını parlamentin növbəti iclasını baykot etməyə və xalqın iradəsi ilə yeni parlamentin formalaşması üçün onun işində üç ay iştirak etməməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə "7or.am" agentliyi yazır.

"Əgər müxalifət qüvvələri Milli Toplantıda hansısa məsələni müzakirə edə bilmirlərsə, onda nəyin naminə onun işində iştirak etmək lazımdır? Xidmət maşınlarının və katibənin naminə?", - Milli Həmrəylik Partiyasının sədri mətbuat konfransında deyib.

O, habelə məlumat verib ki, fevralın 8-də öz namizdəliyini geri götürəcəyi barədə qərarını dəyişməyib.

Arutyunyanın sözlərinə görə, Serj Sarkisyanı tək qoymaqla onu müəyyən addımlar atmağa vadar edirlər.

Bununla yanaşı o, əlavə edib ki, Ermənistanda misli görünməmiş vəziyyət yaranıb və hakimiyyət bütün çərçivələri aşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti