...

İranın ali lideri 1300-ə yaxın məhbusu əfv edib

Dünya xəbərləri Materials 29 Yanvar 2013 13:06 (UTC +04:00)
İranın ali lideri ayətulla Seyid Əli Xamneyi 1298 məhbusun əfv edilməsi haqqında əmr verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı IRIB agentliyi xəbər yayıb.
İranın ali lideri 1300-ə yaxın məhbusu əfv edib

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

İranın ali lideri ayətulla Seyid Əli Xamneyi 1298 məhbusun əfv edilməsi haqqında əmr verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı IRIB agentliyi xəbər yayıb.

İranın məhkəmə hakimiyyətinin rəhbəri Sadiq Laricani Xamneyiyə məhbusların əfv olunması barədə yazılı sorğu göndərib. Sorğu İranın ali lideri tərəfindən Məhəmməd Peyğəmbərin və imam Cəfəri Sadiqin doğum günü, eləcə də İslam inqilabının qələbəsinin 34-cü ildönümü münasibəti ilə təsdiqlənib.

Əfv olunanlar arasında siyasi xadimlər, hərbiçilər və digər şəxslər də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti