Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/
İranın ali lideri Ayətullah Seyid Əli Xamneyi ölkə rəhbərliyini təmkinli olmağa çağırıb. Bu barədə Trend cümə axşamı ISNA agentliyinə istinadən məlumat verir.
Məmur və zabitlər önündə çıxış edən Xamneyi deyib ki, ölkədə bəzi vəzifəli şəxslər qalmaqallarda iştirak etmək əvəzinə, milli maraqları şəxsi intriqalardan üstün tutmalıdırlar.
Qeyd edək ki, İran Prezidenti Mahmud Əhmədinejad ötən bazar parlamentdə çıxış edərkən parlamentin spikeri Əli Laricaninin ailəsini korrupsiyada günahlandırmışdı.