...

Strasburqda polislər rezin güllə ilə fəhlənin gözünü çıxarıblar

Dünya xəbərləri Materials 8 Fevral 2013 11:28 (UTC +04:00)
Fransız polisləri dünən Strasburqda Avropa Parlamnetinin binası qarşısında keçirilən etiraz aksiyasında iştirak etmək üçün Belçikadan gəlmiş 24 yaşlı metallurqun gözünü çıxarıblar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.
Strasburqda polislər rezin güllə ilə fəhlənin gözünü çıxarıblar

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Fransız polisləri dünən Strasburqda Avropa Parlamnetinin binası qarşısında keçirilən etiraz aksiyasında iştirak etmək üçün Belçikadan gəlmiş 24 yaşlı metallurqun gözünü çıxarıblar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.

Qeyd edək ki, çərşənbə günü Elzas paytaxtında dünyada ən iri "ArcelorMittal" metallurgiya konserninin Avropadakı bəzi zavodlarını bağlanmaq haqqında qərara etiraz etmək üçün Fransa, Lüksemburq və Belçikadan gələn 1,5 minə yaxın fəhlə toplaşıb. Bu qərar nəticəsində Belçikada 1,3 min fəhlə işdən qovulmaq təhlükəsi ilə üzləşirb.

Həmkarlar ittifaqınını liderinin sözlərinə görə, aksiya iştirakçıları özlərinin tamamilə dinc aparırdılar. Lakin asayiş qüvvələri metallurqları qovmaq üçün dəyənəklər, gözyaşardıcı qaz və rezin güllələr tətbiq ediblər.

"Strasburqda bizi terrorçu kimi qarşıladılar", - belçikalı metallurqların həmkarlar ittifaqının rəhbəri jurnalistlərə şikayətlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti