...

Ermənistan polisi seçki pozuntuları ilə bağlı 70-dən çox işə baxır

Dünya xəbərləri Materials 2 Mart 2013 15:06 (UTC +04:00)
Bir mart tarixinə qədər Ermənistanda keçilən seçkilər zamanı qeydə alınmış 75 qayda pozuntusu ilə bağlı məsələyə baxılır.
Ermənistan polisi seçki pozuntuları ilə bağlı 70-dən çox işə baxır

Bir mart tarixinə qədər Ermənistandakeçilən seçkilər zamanı qeydə alınmış 75 qayda pozuntusu ilə bağlı məsələyə baxılır. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" Ermənistan Polis idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, 16 hal seçki öncəsi rüşvət, 25 hal iki və daha artıq vətəndaşın əvəzinə səs vermə,13 hal vətandaşın seçim azadlığının məhdudlaşdırılması, 5 hal seçki məntəqələrində göstərilən təzyiq və mübahisələr, 5 hal seçkilərin nəticələrinin saxtalaşdırılması, 2 hal seçki nümayəndələrinin işinə mane olmaq, 5 hal isə seçki siyahılarında və seçki komissiyalarının üzvlərinin sayındakı qeyri-dəqiqliklərlə bağlıdır. Qeydə alınan hallardan 42-si Yerevanda, 33-cü isə vilayətlərdə qeydə alınıb.

Göstərilən 75 haldan 41-i KİV və telefon vasitəsilə vətəndaşlardan, 29-u Raffi Ovannisyanın seçki qərargahından, 5-isə Ombudsman Aparatından daxil olub. Daxil olan məlumatlar əsasında yoxlamalar aparılır. 38 halda cinayət işinin qaldırılması ilə bağlı vəsadət rədd olunub, 1 müracətlə bağlı isə Erebuni rayon polis idarəsində cinayət işi açılıb.

Xatırladaq ki,fevralın 18-i keçirilən prezident seçkilərində Serj Sarkisyan qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti