...

İranda prezident seçkiləri zamanı təhlükəsizlik tədbirləri gücləndiriləcək

Dünya xəbərləri Materials 14 Mart 2013 17:28 (UTC +04:00)
İran prezident seçkiləri zamanı təhlükəsizliyi təmin etmək məqsədilə polis və vətəndaşlardan ibarət "Bəsic" dəstələrindən istifadə edəcək. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.
İranda prezident seçkiləri zamanı təhlükəsizlik tədbirləri gücləndiriləcək

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran prezident seçkiləri zamanı təhlükəsizliyi təmin etmək məqsədilə polis və vətəndaşlardan ibarət "Bəsic" dəstələrindən istifadə edəcək. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

İranda növbəti prezident seçkiləri 14 iyun 2013-cü ildə baş tutacaq.

Tehran qubernatoru İsa Fərhadi bildirib ki, qarşıdan gələn seçkilərlə bağlı "qeyri-müəyyənlik" var və buna görə də təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təmin olunacaq.

"İranda prezident seçkiləri zamanı "Bəsic"in 99 batalyonu və 15 min polis əməkdaşı təhlükəsizliyi təmin edəcək, - Fərhadi deyib. - İranda 2009-cu ildə keçirilmiş seçkilər geniş etirazlara gətirib çıxardı və xeyli sayda insan həbs olundu. Belə bir ssenarinin qarşısını almaq üçün təhlükəsizlik tədbirləri gücləndirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti