Azərbaycan, Bakı, 23 mart /Trend/
Son zamanlar Londonda yaşayan rus oliqarxı Boris Berezovski 68 yaşında vəfat edib.
Bu barədə Rusiyanın RİA Novosti xəbər agentliyi onun kürəkəni Yeqor Şuppenin öz Facebook səhifəsində yazdığına istinadən məlumat verir.
"Boris Berezovski öldü", - o yazıb.
Bu informasiyanın rəsmi təsdiq barəsində heç bir məlumat verilməyib. Hadisənin təfərrüatları hələlik naməlumdur.