...

Banqladeşdə binanın uçması nəticəsində ölənlərin sayı səksəni ötüb

Dünya xəbərləri Materials 24 Aprel 2013 14:00 (UTC +04:00)
Banqladeşin paytaxtı Dəkkə şəhəri ətrafında səkkizmərtəbəli binanın uçması nəticəsində 82 nəfər ölüb, xəsarət alan 700-ə yaxın insan isə xəstəxanalara çatdırılıb. Bu barədə Trend çərşənbə günü "RİA-Novosti"yə istinadən məlumat verir.
Banqladeşdə binanın uçması nəticəsində ölənlərin sayı səksəni ötüb

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Banqladeşin paytaxtı Dəkkə şəhəri ətrafında səkkizmərtəbəli binanın uçması nəticəsində 82 nəfər ölüb, xəsarət alan 700-ə yaxın insan isə xəstəxanalara çatdırılıb. Bu barədə Trend çərşənbə günü "RİA-Novosti"yə istinadən məlumat verir.

Xəsarət alanların yerləşdirildiyi xəstəxanaların həkimlərinin sözlərinə görə, ölənlərin sayı arta bilər.

Qeyd edək ki, bank, mağaza və fabriklərin yerləşdiyi "Rana Plaza" bina kompleksi yerli vaxtla saat 09:00-da uçmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti