Azərbaycan, Bakı, 7 may /Trend/
Yunanıstan büdcə kəsirinin ixtisarında və rəqabətə davamlılığının artımında irəliləməyə nail olub, lakin ona iqtisadiyyatın bərpası üçün struktur islahatları davam etmək lazımdır, Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
Beynəlxalq Valyuta Fondu 2010-cu ildən büdcə defisitinin ixtisarında irəliləməni "nəzərə çarpan" adlandırıb, ilin sonuna ölkə büdcəsinin ilkin profisitini əldə edə bilər. "2013-14 illər müddətində büdcə planı hökumətin qətiyyətini maliyyə sektorunda öz öhdəliklərini yerinə yetirməyə göstərir", - məruzədə deyilib.
Bununla belə, dövlət borcu "çox yüksək" səviyyədə qalır, Beynəlxalq Valyuta Fondu hesab edir.
Məruzənin müəlliflərinin fikrincə, Yunanıstan vergi ödənişindən yayınma ilə bağlı daha fəal mübarizə aparmalı, rəqabətin artımı üçün bir sıra peşələrə girişi açmalıdırlar. Məruzədə vergi inzibatçılığının və sosial müdafiəsi üzrə dövlət idarəçiliyinin islah edilməsi üzrə tövsiyələr verilir.