...

İranın ali lideri 1249 məhbusu əfv etdi

Dünya xəbərləri Materials 22 İyun 2013 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir T.Cəfərov/

İranın ali lideri ayətullah Əli Xamneyi şaban ayının 15-i (iyunun 24-də) şiələrin 12-ci imamı həzrət Mehdinin (ə) doğum günü münasibətilə həbsdə olan 1249 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb. Trend-in məlumatına görə, bu barədə TASNİMNEWS agentliyi xəbər verir.

İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli şaban ayının 15-i şələrin 12-ci imamı həzrət Mehdi (ə) doğum günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 1249 məhbusun əfv edilməsi xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti