...

Ruhani administrasiyası indiki hökumətin bəzi qərarlarını ləğv edə bilər

Dünya xəbərləri Materials 28 İyul 2013 01:07 (UTC +04:00)
İranın növbəti administrasiyası Mahmud Əhmədinejadın indiki hökumətinin son qərarlarından bəzilərini ləğv edə bilər.
Ruhani administrasiyası indiki hökumətin bəzi qərarlarını ləğv edə bilər

Azərbaycan, Bakı, 27 iyul /Trend/

İranın növbəti administrasiyası Mahmud Əhmədinejadın indiki hökumətinin son qərarlarından bəzilərini ləğv edə bilər. Trend-in TASNIM agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın yeni seçilmiş prezident Həsən Ruhaninin müşaviri Əkbər Torkan bildirib.

Göstərilən qərarlar vəzifəli şəxslərin təyinatlarını və işdən çıxardılmalarını, həmçinin yeni müqavilələrin imzalanmalarını özünə daxil edir.

"Son vaxtlar imzalanmış müqavilələrdən bəziləri növbəti administrasiyaya təzyiq göstərə bilər," - Torkan deyib.

Onun sözlərinə görə, səkkiz il əvvəl Əhmədinejad prezident Məhəmməd Xətamidən İranın növbəti administrasiyasına təzyiq göstərə bilən qərarlar qəbul etməməyi xahiş edib, lakin indi o, həmin işi görür.

İranın yeni prezidentinin inauqurasiyası avqustun 4-nə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti