...

ABŞ senatının komitəsi Suriyada hərbi əməliyyatı 60 gün müddəti ilə məhdudlaşdırıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2013 06:15 (UTC +04:00)
ABŞ senatının xarici işlər üzrə komitəsi Suriyada 60 gün müddətilə və bir ay uzadılması imkanı ilə hərbi əməliyyatların məhdudlaşdırılmasını təklif edir.
ABŞ senatının komitəsi Suriyada hərbi əməliyyatı 60 gün müddəti ilə məhdudlaşdırıb

Azərbaycan, Bakı, 4 sentyabr / Trend /

ABŞ senatının xarici işlər üzrə komitəsi Suriyada 60 gün müddətilə və bir ay uzadılması imkanı ilə hərbi əməliyyatların məhdudlaşdırılmasını təklif edir. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Politico qəzeti məlumat verir.

Bundan başqa, senatorlar tərəfindən təklif olunan qətnamə layihəsində yerüstü əməliyyatların keçirilməsinə qadağa qoyulub.

Gözlənilir ki, komitə qətnaməyə çərşənbə günü səs verəcək, həmçinin nümayəndələr palatasının və senatın tam tərkibi sentyabrın 9-dan tez olmayaraq müzakirəyə başlayacaq.

Xəbər lenti

Xəbər lenti