...

ABŞ Venesuela prezidentinin təyyarəsi üçün öz hava məkanını bağlayıb

Dünya xəbərləri Materials 20 Sentyabr 2013 05:51 (UTC +04:00)
ABŞ cümə günü Çinə uçmalı olan Venesuela prezidenti Nikolas Maduronun təyyarəsi üçün öz hava məkanını bağlayıb.
ABŞ Venesuela prezidentinin təyyarəsi üçün öz hava məkanını bağlayıb

Azərbaycan, Bakı, 20 sentyabr / Trend /

ABŞ cümə günü Çinə uçmalı olan Venesuela prezidenti Nikolas Maduronun təyyarəsi üçün öz hava məkanını bağlayıb. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Venesuela XİN rəhbəri Elias Xaua məlumat verir.

"Biz ÇXR-ə uçuşumuz ərəfəsində ABŞ hökumətindən Atlantikada Amerika hava məkanında uçuş üçün rədd cavabı verilməsi barədə məlumat aldıq", - Xaua deyib.

"Şimali Amerika imperiyasının daha bir təcavüzü kimi biz bunu pisləyirik," - nazir bildirib. O, qeyd edib ki, "heç kəs dövlət beynəlxalq səfərində olan respublika prezidentinin təyyarəsinə uçuşu qadağan edə bilməz" və "uçuşə icazə verməmək üçün dəlil yoxdur".

Xaua əmin edib ki, ABŞ Maduronun Çinə səfər etməsinə yol verməməyi bilməyəcəklər, həmçinin bildirib ki, əgər ABŞ hakimiyyəti öz qərarını dəyişməsə Venesuela lazımi tədbirlər görmək hüququnu özündə saxlayacaq. Venesuela XİN rəhbəri hansı tədbirlər haqqında söhbət gedir, dəqiqləşdirməyib.

Planlaşdırılır ki, Maduro Çinə cümə günü yola düşəcək, onun səfəri isə gələn çərşənbə axşamı, sentyabrın 24-də qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti