Azərbaycan, Bakı, 6 oktyabr /Trend/
Amerika hərbçiləri Liviyanın paytaxtı Tripolinin yaxınlığında şənbə günü əməliyyat zamanı "əl-Qaidə" beynəlxalq terror təşkilatının nüfuzlu üzvünün tutublar. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın NBC News telekanalı xəbər verir.
Saxlanmış terrorçu Anas əl-Libi kimi məlumdur. ABŞ onu on ildən çox axtarıb və onun tutulması üçün 5 milyon dollar məbləğində mükafat təklif edib.
New York Times-ın bildirdiyinə görə, bu ABŞ hərbçilərinin, MKİ və FTB-nin birgə keçirilmiş əməliyyatı olub.
Əl-Libi 1994-cü ildən "əl-Qaidə"nin üzvü və təşkilatının keçmiş lideri Osama bin Ladenin etibarlı şəxsi olub.
Hesab edilir ki, o, 1998-ci ildə ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinə hücumun təşkilatçılarından biri olub.