...

Suriya HHM sistemi türk qırıcı təyyarələrini öz hədəfində saxlayıb

Dünya xəbərləri Materials 17 Noyabr 2013 06:33 (UTC +04:00)
Suriya Hava Hücumundan Müdafiə sistemi Türkiyənin üç təyyarəsinin hədəfində saxlayıb.
Suriya HHM sistemi türk qırıcı təyyarələrini öz hədəfində saxlayıb

Azərbaycan, Bakı, 17 noyabr / Trend /

Suriya Hava Hücumundan Müdafiə sistemi Türkiyənin üç təyyarəsinin hədəfində saxlayıb. Trend-in Hurriyet Daily News qəzetinə istinadən, bu barədə Türkiyə baş qərargahının saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumata görə, Türkiyənin üç qırıcı təyyarəsi, Hatay əyaləti üzərində keçirən uçuş zaman on saniyə ərzində Suriya Hava Hücumundan Müdafiə sisteminin hədəfi olublar.

Bu o deməkdir ki, Suriya Hava Hücumundan Müdafiə sistemi Türk təyyarələrinə atəş etməyə hazır olub.

Bundan əvvəl, sentyabrın 16-da Türkiyə HHQ-nın təyyarələri Türkiyənin hava məkanını pozan, Suriya vertolyotunu vurublar. Sərhədi pozmuş "Mİ-17" tipli Suriya vertolyotu, Malatya hərbi bazasından qalxan təyyarənin raketləri ilə vurulub.

Xəbər lenti

Xəbər lenti