...

İranın XİN başçısı: 5+1 ölkələrindən İranın uranı zənginləşdirmə haqqına hörmətlə yanaşmasını istəyirik

Dünya xəbərləri Materials 17 Noyabr 2013 15:54 (UTC +04:00)
İrana uranın zənginləşdirilməsi haqqının tanınmasına heç bir ehtiyac yoxdur, çünki İranın NPT müqaviləsi çərçivəsində belə bir haqqı var.
İranın XİN başçısı: 5+1 ölkələrindən İranın uranı zənginləşdirmə haqqına hörmətlə yanaşmasını istəyirik

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir T.Cəfərov/

İrana uranın zənginləşdirilməsi haqqının tanınmasına heç bir ehtiyac yoxdur, çünki İranın NPT müqaviləsi çərçivəsində belə bir haqqı var.

"İran 5+1 ölkələrindən yalnız uranı zənginləşdirmə haqqına hörmətlə yanaşmasını istəyir", -deyə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

Zərif deyib ki, onlar (5+1 ölkələri) İranın uranı zənginləşdirmə haqqına hörmətlə yanaşmalı və xalqı müxtəlif çətinilklərlə üzləşdirən iqtisadi təzyiqlərdən əl çəkməlidirlər. "5+1 ölkələrindən kimsə İrandan uranı zənginləşdirilməsinin dayandırılmasını tələb etmir.

Müzakirə predmeti uranın zənginləşdirilməsi ilə bağlı bəzi məsələlərdir ki, bundan öncədə onunla bağlı müzakirələr olunub. Uranın zənginləşdirilməsinin dayandırılması bizim üçün toxunulmaz bir məsələdır", -deyə Zərif deyib.

Zərif bildirib ki, İran və 5+1 ölkələri arasında razılaşdırılacaq hər hansı bir müqavilədə İranın uranı zənginləşdirmə haqqı rəsmiyyətə tanınmalıdır, lakin bu zənginləşdirilmənin necə, harada və hansı şərtlər əsasənda həyata keçirilməsini biz müzakirə edirik.

O bildirib ki, İran və 5+1 ölkələri arasında mövqelərdə yaxınlaşma olub.

"Fikrimcə müştərək hədəf və son razılıq əldə etmək üçün tərəflər arasında ciddi fikir ayrılığı yoxdur. Bütün tərəflər müzakirələrin müsbət nəticələnəcəyinə ümidvardırlar", -deyə Zərif bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti