Azərbaycan, Bakı, 27 noyabr /Trend/
RF-nin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsində məqsəd Ukrayna və Aİ-nin assosiasiyalar haqqında sazişi ən yaxşı şərtlərlə imzalamaqdır. Trend-in məlumatına gröə, bu barədə RİA Novosti Ukraynanın Baş naziri Nikolay Azarovun bəyanatına istinadən xəbər yayıb.
Azarov çərşənbə günü hökumətin iclasında deyib: "Üçtərəfli danışıqların məqsədi ziddiyyətləri aradan qaldırmaq və Avropa İttifaqı ilə assosiasiyalar haqqında, azad ticarət zonası haqqında sazişləri Ukrayna üçün ən sərfəli şərtlərlə imzalamaqdır".
Onun sözlərinə görə, üçtərəfli danışıqlar zamanı Ukrayna Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı nizamlamaq və assosiasiyalar haqqında sazişin imzalanmasından sonrakı keçid dövründə Aİ-nin konkret maliyyə yardımı barədə razılaşmanın əldə olunacağına ümid edir.