...

Türkiyə XİN rəhbəri İnsan hüquqları günü münasibətilə müraciət edib

Dünya xəbərləri Materials 10 Dekabr 2013 05:18 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə beynəlxalq sülhə təhdid edən və insan haqlarını pozan problemlərlə mübarizəni qətiyyətlə davam etdirəcək.
Türkiyə XİN rəhbəri İnsan hüquqları günü münasibətilə müraciət edib

Azərbaycan, Bakı, 10 noyabr /Trend /

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə beynəlxalq sülhə təhdid edən və insan haqlarını pozan problemlərlə mübarizəni qətiyyətlə davam etdirəcək. Bu barədə Trend TRT telekanalına istinadən məlumat verir.

Davudoğlu dekabrın 10-da qeyd olunan BMT-nin İnsan hüquqları günü münasibətilə müraciət edib. Müraciətdə nazir dünyanın bir çox ölkələrində insanın əsas hüququ - yaşamaq hüququnun pozulması ilə bağlı narahatlığını bildirib.

Davudoğlu onu da qeyd edib ki, qaçqınlara, habelə müxtəlif dini qrupların nümayəndələrinə qarşı nifrətin güclənməsi narahatlıq doğurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti