...

"Cenevrə-2" nəzərdə tutulmuş vaxtda keçiriləcək

Dünya xəbərləri Materials 12 Yanvar 2014 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Suriya üzrə Cenevrədəki konfrans səmərəli və nəzərdə tutulmuş vaxtda - yanvarın 22-də keçirilməlidir. Suriyanın "dostları qrupu"nun XİN rəhbərlərinin bu ümumi fikrini Fransanın xarici işlər naziri Loran Fabius bildirib. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

"Konfrans nəzərdə tutulmuş vaxtda keçməli və uğurla nəticələnməlidir", - Fransanın xarici işlər naziri Suriyanın "dostları qrupunun" görüşün yekunları üzrə Parisdə bildirib.

Bununla yanaşı müşavirədə iştirak edən Suriya Milli koalisiyasının müxalifət və inqilabi qüvvələrinin lideri Əhməd Carba qeyd edib ki, Fransa paytaxtında təqdim olunan bütün nümayəndə heyətləri "Suriyada Bəşər Əsəd rejiminin gələcəyi olmaması fikrində bir olublar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti