...

ATƏT-in fəaliyyətdə olan sədri yayda Ermənistana səfər edəcək

Dünya xəbərləri Materials 28 Yanvar 2014 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan dünən ATƏT-də sədrlik edən İsveçrə Konfederasiyasının xarici işlər nazirinin müavini və dövlət katibi İv Rosyer ilə görüşüb.

Trend-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, E.Nalbandyan görüşdə İsveçrənin ATƏT-də sədrliyi dövründə təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılmasına istiqamətlənmiş təşəbbüslərinin vacibliyini qeyd edib.

Tərəflər ATƏT-in fəaliyyətdə olan sədri, Konfederasiyanın Prezidenti, İsveçrə Xarici İşlər Nazirliyinin Federal Departamentinin rəhbəri Didye Burkhalterin yayda Ermənistana səfəri məsələsinə toxunublar.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin cari vəziyyəti müzakirə olunub. E.Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanması üzrə vasitəçilik missiyalarının dəstəklənməsi məsələsində İsveçrənin yanaşmasını alqışlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti