Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.İsmayılov/
Tbilisidə müşahidə olunan güclü duman səbəbindən Bakı-Tbilisi aviareysi bu gün Bakı vaxtı ilə saat 13:00-a kimi təxirə salınıb.
"Azərbaycan Hava Yolları" QSC-dən Trend-ə bildirilib ki, ilkin məlumata görə, saat 10:10-da uçmalı olan təyyarənin Bakı vaxtı ilə saat 13:00-da uçacağı gözlənilir.
Tbilisi Beynəlxalq Aeroportundan Trend-ə verilən məlumata görə, güclü dumanla əlaqədar aeroport üç aviareysi qəbul edə bilməyib. Bu gün səhər tezdən Münhen, İstanbul və Varşavadan olan təyyarələr yerə enə bilməyiblər.