...

Britaniyada atom kompleksində yüksək radiasiya səviyyəsi qeydə alınıb

Dünya xəbərləri Materials 31 Yanvar 2014 14:43 (UTC +04:00)
Böyük Britaniyada "Sellafild" atom kompleksində yüksək radiasiya səviyyəsi qeydə alınıb.
Britaniyada atom kompleksində yüksək radiasiya səviyyəsi qeydə alınıb

Azərbaycan, Bakı, 31 yanvar/Trend/

Böyük Britaniyada "Sellafild" atom kompleksində yüksək radiasiya səviyyəsi qeydə alınıb. Trend-in məlumata görə, bu barədə RİA Novosti "Sky News" telekanalına istinadən xəbər verir.

TV-nin məlumatına görə, İrlandiya dənizinin sahillərində yerləşən kompleksin əməkdaşlarının bir hissəsi evlərindən çıxmamaq təlimatı alıblar.

Radiasiyanın yüksəlməsinin səbəbləri barədə hələlik məlumat verilmir.

"Reyter" agentliyinin məlumatına əsasən, hazırda kompleks ştat rejimində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti