...

Ukraynanın yeni hakimiyyəti Aİ ilə assosiativ sazişin imzalanması ilə bağlı danışıqlar aparır

Dünya xəbərləri Materials 3 Mart 2014 03:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend/

Ukraynanın yeni hakimiyyəti Avropa İttifaqı ilə assosiativ sazişin imzalanması ilə bağlı danışıqlar aparır. Trend RİA Novosti agentliyinə istinadən bu barədə ölkənin sabiq baş naziri Yuliya Timoşenko bazar günü bəyan edib.

Bundan öncə Rusiya rəhbərliyi Kiyev tərəfindən belə bir sazişin imzalanmasını Rusiya və Ukrayna iqtisadiyyatı üçün riskli olmasını bəyan edib.

"Biz Avropa İttifaqı ilə assosiasiya haqqında Sazişi imzalayaraq elə indi birləşmiş Avropanın bir hissəsi olmalıyıq. Bu gün bizim ümumi komandamız dünya liderləri ilə bu işləri görür", - Yuliya Timoşenko deyib.

Buna qədər o, Ali Radanın iclasının təcili çağırılmasını və Avropa İttifaqına Ukrayna ilə assosiasiya haqqında saziş imzalamasını təklif edib.

Xəbər lenti

Xəbər lenti