Azərbaycan, Bakı, 13 mart /Trend/
Krım gələn həftə Moskva vaxtına keçmək haqqında qərar qəbul edə bilər. Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Krım Ali Şurasının spikeri Vladimir Konstantinov deyib.
Onun sözlərinə görə, referendumun nəticəsində Krım Rusiyanın tərkibinə daxil olarsa, təbii ki, vaxtı sinxronlaşdırmaq lazım olacaq: "Gələn həftə bu barədə qərar qəbul edəcəyik".
Spiker qarşıdakı dəyişikliklər sırasında rubla keçməyi və yeni konstitusiyanın hazırlanmasını vurğulayıb.