...

Fransa Prezidenti mayda Ermənistana səfər edəcək

Dünya xəbərləri Materials 14 Mart 2014 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Dünən Parisdə Ermənistan və Fransa xarici işlər nazirləri Edvard Nalbandyan və Loran Fabius arasında görüş keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü "news.am" saytı Ermənistan XİN-in mətbuat xidmətinə istinadən xəbər yayıb.

Nazirlər Fransa Prezidenti Fransua Ollandın cari ilin may ayında Ermənistana səfərinə hazırlığı müzakirə ediblər.

Edvard Nalbandyan Ermənistanda 160-dan çox Fransa kapitallı şirkətin fəaliyyət göstərdiyini bildirib.

Görüşün gündəliyində həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi də olub. ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakını yüksək qiymətləndirən Edvard Nalbandyan problemin istisnasız olaraq dinc yolla həllinə yönəlmiş səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. O, Ermənistanın ATƏT MQ həmsədrləri ilə münaqişənin həllinə yönəlmiş birgə işləri davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti