...

Rusiyanın G8-də üzvlüyü dayandırılır

Dünya xəbərləri Materials 18 Mart 2014 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Fransanın xarici işlər naziri Loran Fabius "Böyük səkkizlik" (G8) ölkələrinin Rusiyanın təşkilatda üzvlüyünün dayandırılması haqqında qərar qəbul etdiyini bildirib.

Trend-in çərşənbə axşamı "İnterfaks"a istinadən verdiyi məlumata görə, L.Fabius qeyd edib ki, bu gün G8-in 7 ölkəsi Rusiyanın iştirakı olmadan görüş keçirəcək.

O, görüşün yeri və təfərrüatları barədə məlumat verməyib. Bununla belə, iyunun 6-da Rusiya Prezidenti Vladimir Putinin Fransaya səfərə dəvət edilməsi hazırda qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti