...

İraqda parlament seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 30 Aprel 2014 06:17 (UTC +04:00)
İraq vətəndaşları çərşənbə günü nümayəndələr Şurasına (parlamentə) deputatlığa namizədlərə səs vermək üçün seçki məntəqələrinə gedəcəklər.
İraqda parlament seçkiləri keçiriləcək

Azərbaycan, Bakı, 30 aprel /Trend/

İraq vətəndaşları çərşənbə günü nümayəndələr Şurasına (parlamentə) deputatlığa namizədlərə səs vermək üçün seçki məntəqələrinə gedəcəklər. ABŞ qoşunlarının 2011-ci ilin dekabrında çıxarılmasından bəri bu ölkədə ilk parlament seçkiləridir. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə xəbər verir.

Ümumilikdə 48 mindən artıq seçki məntəqəsi açılacaq. Respublikada cəmi 20 milyon nəfər səsvermə hüququna malikdir.

İraqın müstəqil ali seçki komissiyasının məlumatına görə, 276 siyasi partiya və təşkilatlardan 9039 namizəd, eləcə də özlərini irəli çəkənlər də qeydə alınıblar. 18 əyalətdən 320 deputat proporsional əsasla seçilir, daha səkkiz yer dini azlıqların (beş - xristianlara və hərəsinə bir - yezidlərə, mandeylərə və şabaklara) nümayəndələrinə verilir.

Qadınlar üçün 82 yer ayrılıb.

Xəbər lenti

Xəbər lenti