...

Seul metrosunda qatarlar toqquşub, 170-ə yaxın şəxs xəsarət alıb

Dünya xəbərləri Materials 2 May 2014 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may / Trend/

Seul metrosunda baş vermiş qatar qəzası zamanı xəsarət alanların sayı 170 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Reuters agentliyi yerli KİV-ə istinadən xəbər yayıb.

Seul metrosunda stansiyanın yaxınlığında iki qatar toqquşub, toqquşma nəticəsində qatarlardan biri relsdən çıxıb. Sərnişinlər stansiyaya qədər piyada getməli olublar.

Xilasetmə xidmətinin nümayəndəsinin sözlərinə görə, qatarlardan relslərin üzərinə atılan sərnişinlər arasında çoxlu sayda yaralananlar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti