...

ABŞ Ukraynanın cənub-şərqində referendumların nəticələrini tanımır

Dünya xəbərləri Materials 13 May 2014 00:13 (UTC +04:00)
ABŞ Ukraynanın Donetsk və Luqansk vilayətlərində referendumların nəticələrini tanımır.
ABŞ Ukraynanın cənub-şərqində referendumların nəticələrini tanımır

Azərbaycan, Bakı, 13 may /Trend/

ABŞ Ukraynanın Donetsk və Luqansk vilayətlərində referendumların nəticələrini tanımır. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Dövlət departamentinin nümayəndəsi Cen Psaki bildirib.

"Biz, Donetskin və Luqanskın bəzi yerlərində keçirilən qanunsuz referendumu tanımırıq. O, Ukrayna qanunvericiliyinə uyğun gəlmir", - Psaki deyib.

Onun sözlərinə görə, ABŞ referendumun "metodologiyasından" şübhələnir və mümkün pozuntulara diqqət yetirir.

Psaki həmçinin bildirib ki, Rusiya Ukraynaya dəstək vermək üçün "daha da çox iş görə bilər". O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ötən həftə keçirilən referendumları təxirə salınmasının məqsədəuyğunluğunu deyib. "O (Putin), faydalı açıqlamalar verib, lakin Rusiya hələ çox addımlar ata bilər", - Psaki deyib.

Xəbər lenti

Xəbər lenti