Azərbaycan, Bakı, 14 iyun /Trend/
ABŞ İran hakimiyyəti ilə İraqdakı vəziyyətin həllini müzakirə etmir. Trend RİA Novosti agentliyinə istinadən bu barədə dövlət departamentinin nümayəndəsi Mari Harf brifinqdə bildirib.
"Biz iranlılarla İraq barədə danışmırıq. Lakin biz hesab edirik ki, İraqla qonşu olan bütün ölkələr vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq addımdan uzaq olmalıdırlar", - Harf deyib.