Azərbaycan, Bakı, 19 iyun /Trend/
Şahzadə Filipe yerli vaxtla gecə yarısı rəsmən İspaniya kralı VI Filipp olub. Onun taxta çıxması mərasimi parlamentin yuxarı və aşağı palatalarının birgə iclasında saat 10:30-da başlayacaq.
Trend İTAR-TASS agentliyinə istinadən bu barədə məlumat verir.
VI Filipp ölkə konstitusiyası üzərində and içəcək, sonra gözlənildiyi kimi, dövlət başçısı kimi fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən nitq söyləyəcək.