...

Türkiyənin XİN rəhbəri HƏMAS rəhbəri ilə danışıqlar aparıb

Dünya xəbərləri Materials 3 Avqust 2014 05:34 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qəzza sektoru və İsraililin hücumları ilə əlaqədar intensiv diplomatiya aparır.
Türkiyənin XİN rəhbəri HƏMAS rəhbəri ilə danışıqlar aparıb

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qəzza sektoru və İsraililin hücumları ilə əlaqədar intensiv diplomatiya aparır. Trend TRT telekanalının saytına istinadən bu barədə məlumat verir.

Davudoğlu ABŞ dövlət katibi Con Kerri ilə iki dəfə telefonla danışıb. Nazir həmçinin HƏMAS-ın lideri Xalid Məşəl ilə telefon danışıqları aparıb.

Axşam saatlarında Davudoğlu Ankarada Qətərin xarici işlər naziri Xalid bin Məhəmməd əl Atiyeni qəbul edəcək. Görüşdə HƏMAS-a təsirə malik Qətər və Türkiyə kimi iki ölkənin Qəzza sektorundakı vəziyyətin hərtərəfli təhlili aparılacaq.

Xəbər lenti

Xəbər lenti