...

Ottavada hərbi memorialın yanında xəsarət alan əsgər dünyasını dəyişib

Dünya xəbərləri Materials 22 Oktyabr 2014 23:05 (UTC +04:00)
Kanadanın Milli hərbi memorialın yaxınlığında xəsarət alan əsgər dünyasını dəyişib.
Ottavada hərbi memorialın yanında xəsarət alan əsgər dünyasını dəyişib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Kanadanın Milli hərbi memorialın yaxınlığında xəsarət alan əsgər dünyasını dəyişib. Trend İnterfaks agentliyinə istinadən bu barədə nazirlər kabinetinin üzvü Ceyson Kenni bildirib.

O, həmçinin bildirib ki, parlamentin mühafizəçisi atəş nəticəsində yaralanıb.

Bundan öncə verildiyi məlumata görə, atışmadan sonra xəstəxanaya cəmi üç nəfər çatdırılıb.

Şəhərin mərkəzi bağlanılıb. Polis atəş açan insanları axtarır. Atəş açanlardan biri parlament binasının daxilində qətlə yetirilib.

Naməlum şəxslər oktyabrın 22-də çərşənbə günü səhər Ottava şəhərinin mərkəzində üç nöqtədə atəş açıblar: Milli hərbi memorialın yanında, Parlamentdə və onun yaxınlığında, həmçinin Rideau Centre ticarət mərkəzinin yanında.

Xəbər lenti

Xəbər lenti