...

Ottavada atəş nəticəsində bütün zərərçəkənlər xəstəxanadan evə buraxılıb

Dünya xəbərləri Materials 23 Oktyabr 2014 05:12 (UTC +04:00)
Kanadanın paytaxtında atışma zamanı xəsarət alan üç nəfər xəstəxanadan evə buraxılıb.
Ottavada atəş nəticəsində bütün zərərçəkənlər xəstəxanadan evə buraxılıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Kanadanın paytaxtında atışma zamanı xəsarət alan üç nəfər xəstəxanadan evə buraxılıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Ottava xəstəxanası əvvəllər bildirib ki, şəhərdə atışmadan sonra həkimlər dörd nəfəri xəstəxanaya yerləşdiriblər, onlardan biri aldığı xəsarətlərdən dünyasını dəyişib, üç nəfərin vəziyyəti sabit kimi qiymətləndirilib.

"Biz təsdiq edə bilərik ki, bu hadisə ilə əlaqəli olan hər üç xəstə evə buraxılıb. Biz onların tezliklə sağalmasını arzulayırıq", - Ottava xəstəxanasından daxil olan məlumatda deyilir.

Bundan öncə xəbər verildiyi kimi, Ottavada atışma zamanı yaralanan şəxslərdən biri xəstəxanadan evə buraxılıb. Onun adı bildirilməyib.

Xəbər lenti

Xəbər lenti