...

Gürcüstanın Baş naziri prokurorluqda islahat aparmaq istəyir

Dünya xəbərləri Materials 18 Dekabr 2014 13:11 (UTC +04:00)
Trend xəbər verir ki, Qaribaşvili hökumətin cümə axşamı keçirilən iclasında bəyan edib ki, bu, hakim “Gürcü arzusu” koalisiyasının seçkiqabağı verdiyi vədlərdən biri olub.
Gürcüstanın Baş naziri prokurorluqda islahat aparmaq istəyir

Gürcüstan, Tbilisi, 18 dekabr /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ədliyyə naziri Tea Tsulukianiyə prokurorluğun işinin səmərəliliyinin yaxşılaşdırılması üçün institusional islahatlar üzrə işçi qrupunun yaradılmasını tapşırıb.

Trend xəbər verir ki, Qaribaşvili hökumətin cümə axşamı keçirilən iclasında bəyan edib ki, bu, hakim "Gürcü arzusu" koalisiyasının seçkiqabağı verdiyi vədlərdən biri olub.

Baş nazir Gürcüstanın maraqlanan qeyri-hökumət təşkilatlarını işçi qrupunun işinə qoşulmağa və "ən yaxşı balanslaşdırılmış modelin yaradılması" üçün öz mövqelərini müəyyən etməyə çağırıb: "Əsas odur ki, prokurorların neytrallığını təmin etmək üçün institusional və hesabatlılıq prinsiplərinə riayət olunacaq balanslaşdırılmış institusional model təşkil edilsin. Söhbət ondan gedir ki, prokuror daha çox müstəqil olsun, amma hesabatlılıq məsələsi dəqiq müəyyən edilsin. Əsas vəzifəmiz ondan ibarətdir ki, prokurorluq orqanları gücləndirilsin, cinayətkarlığa qarşı mübarizədə səmərəli mexanizmə çevrilsinlər, lakin eyni zamanda Gürcüstanda qanunun aliliyi prinsipinin möhkəmləndirilməsinə xidmət etsinlər".

Baş nazirin qeyd etdiyi kim, islahatlar bütün dövlət strukturlarını əhatə etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti