...

İranda enerjidaşıyıcıların qiymətləri qalxacaq

Dünya xəbərləri Materials 19 Dekabr 2014 18:04 (UTC +04:00)
Hökumət 2015-2016-cı illər üzrə sosial yardımların ödənilməsi üçün çatışmayan 5 milyard dollar vəsaiti kompensasiya etmək məqsədilə enerjidaşıyıcıların, xüsusilə qaz, işıq və suyun qiymətlərini artıracaq.
İranda enerjidaşıyıcıların qiymətləri qalxacaq

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

Hökumət 2015-2016-cı illər üzrə sosial yardımların ödənilməsi üçün çatışmayan 5 milyard dollar vəsaiti kompensasiya etmək məqsədilə enerjidaşıyıcıların, xüsusilə qaz, işıq və suyun qiymətlərini artıracaq. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin Büdcə və proqramlaşdırma komissiyasının üzvü Qulaməli Cəfərzadə deyib.

Q.Cəfərzadənin sözlərinə görə, 2014-2015-ci il büdcə layihəsində enerjidaşıyıcıların qiymətinin artırılması və subsidiyaların məqsədyönlü icrası layihəsi çərçivəsində nəzərdə tutulan vəsait tam təmin olunmayıb: "Cari ilin büdcə layihəsində (İranda il martın 21-də dəyişir) enerjidaşıyıcıların qiymətlərinin artırılmasından təqribən 18 milyard dollar, çörək subsidiyası üçün isə 4 milyard yarım dollar gəlir nəzərdə tutulmuşdu, lakin subsidiyaların məqsədyönlü icrası layihəsindən əldə olunan gəlir 13 milyard dollar təşkil edir. Deməli, büdcədə 5 milyard dollar kəsir var".

O deyib ki, hökumət 2015-2016-cı il üçün də büdcədə 18 milyard dollar gəlir nəzərdə tutub və büdcədəki kəsiri su, qaz və işığın qiymətlərini artırmaqla təmin edəcək: "Enerjidaşıyıcıların (su, qaz, işıq) qiymətləri mərhələləli şəkildə artırılacaq".

2009-cu ildən İranın enerji sektoru üçün subsidiyaların ləğv edilməsi və enerjidaşıyıcıların daxili qiymətlərinin artması layihəsinin icrasına başlanıb. İranda neft, benzin və neft məhsullarının qiyməti tədricən artırılmalı və bu, enerjidaşıyıcıların FOB şərtləri ilə Fars Körfəzində satılan qiymətinin 90 faizindən aşağı olmamalıdır. Təbii qazın orta qiyməti isə ixrac olunan qazın qiymətinin ən azı 75 faizini (ƏDV ilə) təşkil etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti