...

Gürcüstanda qatar avtobusla toqquşdu: 3 ölü

Dünya xəbərləri Materials 3 Yanvar 2015 11:42 (UTC +04:00)
Gürcüstanın qərbindən Tbilisiyə hərəkət edən sürət qatarı mikroavtobusla toqquşub.
Gürcüstanda qatar avtobusla toqquşdu: 3 ölü

Gürcüstan, Tbilisi, 3 yanvar /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstanın qərbindən Tbilisiyə hərəkət edən sürət qatarı mikroavtobusla toqquşub.

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, qəza Marani kəndi ərazisində baş verib.

Toqquşma nəticəsində mikroavtobusun 3 sərnişini ölüb. Nəqliyyat vasitəsində olan iki azyaşlı uşaq isə xəsarət almayıb.

Qəzaya səbəb kimi qadağan edilmiş yerdə dəmiryol xəttinə çıxmış mikroavtobus sürücüsünün yaxınlaşan qatarı görməməsi göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti