...

Prezidentə cinayət işi açan prokuror başından vuruldu

Dünya xəbərləri Materials 19 Yanvar 2015 13:54 (UTC +04:00)
Argentina Prezidenti Kristina Fernandes de Kirşnerə qarşı cinayət işi açan prokuror Alberto Nisman ölmüş vəziyyətdə tapılıb.
Prezidentə cinayət işi açan prokuror başından vuruldu

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Məftun Salmanov/

Argentina Prezidenti Kristina Fernandes de Kirşnerə qarşı cinayət işi açan prokuror Alberto Nisman ölmüş vəziyyətdə tapılıb.

Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, evinin hamamında aşkar edilən prokurorun başına bir güllə vurulub.

A.Nisman 1994-cü ildə Buenos Ayresdə 85 nəfərin öldüyü və 300 nəfərin yaralandığı yəhudi mərkəzinə edilən hücumda əlinin olduğunu iddia edərək Prezidentə qarşı cinayət işi açmışdı.

Prokurorun bir neçə ərzində parlamentə gələrək K.F.Kirşner və onun əlaltıları haqqında hücumla bağlı təfərrüatlı açıqlama verəcəyi gözlənilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti