...

Təyyarə bomba haqqında məlumata görə məcburi yerə endirilib

Dünya xəbərləri Materials 25 Fevral 2015 14:41 (UTC +04:00)
"Air China" şirkətinin sərnişin təyyarəsi bomba haqqında məlumatla əlaqədar məcburi şəkildə Çunsin şəhərinin aeroportuna endirilib.
Təyyarə bomba haqqında məlumata görə məcburi yerə endirilib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

"Air China" şirkətinin sərnişin təyyarəsi bomba haqqında məlumatla əlaqədar məcburi şəkildə Çunsin şəhərinin aeroportuna endirilib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Layner yerli vaxtla 12:24-də Nankindən Pekinə uçuşa başlayıb. Lakin sərnişinlərdən biri göyərtədə bomba olması haqqında məlumat verdikdən sonra təyyarə 13:59-da Çunsin şəhərinin aeroportunda yerə enib.

Şahidlərin sözlərinə görə, aeroporta xilasediciər gəliblər. Polis reysdən 3 nəfəri istintaqa cəlb edib. Digər sərnişinlər isə təkrar yoxlamadan sonra yollarına davam ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti