...

Tunisdə muzeyə silahlı hücum olub, 8 turist ölüb

Dünya xəbərləri Materials 18 Mart 2015 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Tunisin paytaxtında silahlıların muzeyə hücumu ən azı 8 turistin ölümünə səbəb olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Tunisin daxili işlər naziri Əli əl-Urui deyib.

Daha əvvəl verilmiş məlumata əsasən, əsgər forması geyinmiş 3 sliahlı Bardo muzeyinin binasında 3 turisti girov saxlayır. Hadisə yerində güllə və partlayış səsləri eşidilir.

Turistlərin əksəriyyəti muzeydən təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti