Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə "İslam dövləti" qruplaşmasına qoşulmaq üçün Suriyaya keçmək istəyən 9 nəfər Böyük Britaniya və 1 nəfər Fransa vətəndaşı saxlanılıb.
Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu şəxslərin Türkiyədən deportasiya edilməsi gözlənilir.
Onların Suriya sərhədi yaxınlığındakı Kilis vilayətində saxlanıldığı bildirilir.
Bundan əvvəl Türkiyə rəsmiləri bəyan ediblər ki, Avropa ölkələrinin xüsusi xidmətləri onlara terror fəaliyyətində şübhəli bilinən şəxslərin siyahısını vermir. Bu, Ankarada onunla izah olunur ki, Avropa dövlətləri daxildəki radikallardan bu yolla xilas olmağa çalışırlar.
Твиттер: @rhafizoglu