Azərbaycan, Bakı, 8 aprel /Trend/
Gürcüstanın baş naziri Irakli Qaribaşvilinin üçüncü oğlu dünyaya gəlib.
Trendin "Novosti Qruziya"ya istinadən verdiyi məlumata görə, bu məlumat baş nazirin mətbuat xidməti tərəfindən təsdiqlənib.
Körpənin ötən gecə 23:30-da dünyaya gəldiyi bidlirilir. İ.Qaribaşvili və xanımı Nunuka Tamazaşvili övladlarına Qabriel adını qoyublar.
Ana və körpənin özlərini yaxşı hiss etdikləri deyilir.