...

Ərdoğan Roma Papasına çağırış etdi

Dünya xəbərləri Materials 14 Aprel 2015 21:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransiski 1915-ci il hadisələri ilə əlaqədar yanlış bəyanatları təkrarlamağa çağırıb.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, Prezident bildirib ki, Papanın 1915-ci il hadisələrini "erməni soyqırımı" hesab etməsi barədə bəyanatı kobud səhv və hadisələrin birtərəfli qiymətləndirilməsidir.

R.T.Ərdoğan qeyd edib ki, 1915-ci il hadisələri barədə həqiqəti üzə çıxartmaq üçün Türkiyə daha əvvəl olduğu kimi, arxivləri açmağa hazırdır: "Əgər Ermənistanın arxivləri varsa, o da açsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti