...

ABŞ-da polis zorakılığına qarşı etiraz aksiyası keçirilib

Dünya xəbərləri Materials 15 Aprel 2015 12:32 (UTC +04:00)
Nyu-Yorkda yüzlərlə insan polis zorakılığına qarşı etiraz nümayişi keçirib.
ABŞ-da polis zorakılığına qarşı etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Nyu-Yorkda yüzlərlə insan polis zorakılığına qarşı etiraz nümayişi keçirib.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, nümayişçilər bu yaxında saxlanılma zamanı polis tərəfindən öldürülmüş Erik Qarner və Uolter Skottun şəkillərini tutublar.

Aksiya Manhetten rayonunun "Union Square" meydanında başlayıb. Aksiyaçılar sonra Bruklin körpüsünə istiqamət alaraq nəqliyyatın fəaliyyətinə qismən mane olublar. Təşkilatçılar bildirib ki, analoji etiraz aksiyaları ABŞ-ın 28 bölgəsində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti