İran, Tehran, 25 aprel /Trend, müxbir Təmkin Cəfərov/
Əfqanıstanın tikinti sahəsi Azərbaycanlı iş adamları üçün yeni bazar ola bilər. Bunu Trend-ə Əfqanıstanın Tehrandakı səfirliyinin ticarət ateşesi Hac Əbdülhadi Fərhəng deyib.
H.Ə.Fərhəng bildirib ki, hazırda Əfqanıstanda Azərbaycandan bir neçə özəl şirkət fəaliyyət göstərir ,lakin biz istərdik ki, Azərbaycan hökumətinin dəstəyi ilə daha böyük şirkətlər və holdinglər Əfqanıstan bazarında sərmayə yatırsın.
Ə.Fərhəngin sözlərinə görə, Azərbaycanlı iş adamları əsasən, bina tikintisi, su elektrik stansiyalarının tikintisi və bərpası, enerji , neft, qaz və yol tikintisi sahəsində çalışırlar. "Əfqanıstanda mövcud olan bəzi elektrik stansiyalarında yenidən qurma işləri aparılır. Həmin elektrik stansiyaları keçmişdə rusiya mühəndisləri və şirkətləri tərəfindən tikilib. Hazırda bu stansiyaları Azərbaycanlı mühəndislərlər yenidən qurur."
Onun sözlərinə görə, Azərbaycanlı iş adamları həmçinin Əfqanıstanda elektrik cihazları və transformatorlarının quraşdırlması eləcə də elektrik infrastruktunun təkmiləşməsi sahəsində çalışırlar.
H.Ə.Fərhəng bildirib ki, biz Azərbaycanın böyük şirkətlərinin geniş formada Əfqanıstanda sərmayələr yatırmasında maraqlıyıq. "Əfqanıstanda tikinti sahəsi yeni və toxunulmamış bir bazardır. Bu baxımdan Azərbaycanlı investorlar böyük işlər görə bilər."