...

Şahzadə Çarlza qarşı terror aktının qarşısı alındı

Dünya xəbərləri Materials 14 May 2015 17:38 (UTC +04:00)
İrlandiya polisi Böyük Britaniya şahzadəsi Çarlz və həyat yoldaşı Kamillaya qarşı terror aktı törətməkyə cəhddə şübhəli bilinən altı nəfəri saxlayıb.
Şahzadə Çarlza qarşı terror aktının qarşısı alındı

Azərbaycan, Bakı, 14 may /Trend/

İrlandiya polisi Böyük Britaniya şahzadəsi Çarlz və həyat yoldaşı Kamillaya qarşı terror aktı törətməkyə cəhddə şübhəli bilinən altı nəfəri saxlayıb. Bu barədə Trend RİA Novosti-ə istinadən xəbər verir.

Belə ki, Mullaqmor şəhəri yaxınlığındakı müxtəlif yaşayış məntəqələrində bomba hazırlamaq üçün istifadə edilən avadanlıq və partlayıcı maddələr tapılıb.

Xatırladaq ki, növbəti həftə Çarlz xaç atası lord Luis Mauntbatteni anmaq üçün Mullaqmora səfər etməyi planlaşdırır. Lord Mauntbatten 1979-cu ildə İrlandiya Respublika ordusunun silahlıları tərəfindən burada qətlə yetirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti