Azərbaycan, Bakı, 18 avqust /Trend/
Honkonqun Turizm İdarəsi partlayışlardan sonra avqustda turist paketləri üzrə Bankoka bütün səfərləri ləğv edib. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə yerli "RTHK" radiostansiyası xəbər yayıb.
Xatırladaq ki, Bankokda baş verən partlayış zamanı 2 nəfər Honkonq sakini həlak olub, 6 nəfər isə xəsarət alıb.
Honkonqun Turizm İdarəsinin icraçı direktoru Cozef Tun bildirib ki, məhdudiyyətlər 4 min nəfərə və 200 tura aid edilib.