...

Dolmabağça sarayının yaxınlığındakı atışmada şübhəli bilinən iki silahlı şəxs həbs edilib, bir polis yaralanıb (ƏLAVƏ OLUNUB 3)

Dünya xəbərləri Materials 19 Avqust 2015 17:12 (UTC +04:00)
İstanbulda Dolmabağça sarayının girişində atışma baş verib.
Dolmabağça sarayının yaxınlığındakı atışmada şübhəli bilinən iki silahlı şəxs həbs edilib, bir polis yaralanıb (ƏLAVƏ OLUNUB 3)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

İstanbulda Dolmabağça sarayının girişində atışma baş verib. Trend bu barədə "Hurriyet" qəzetinə istinadən məlumat verir.

Hadisə yerinə təcili-tibbi yardım maşınları gəlib. Xəsarət alanlar barədə məlumat verilmir.

Məlumatda qeyd olunur ki, yaxınlıqdakı küçələrdə hərəkət dayandırılıb.

XXX

Şəhərin mərkəzində baş verən atışmadan sonra iki silahlı şəxs şübhəli qismində saxlanılıb. Trend bu barədə CNN-Turk telekanalına istinadən məlumat verir.

XXX

İlkin məlumatlara əsasən, hadisə zamanı yaralanan olmayıb.

XXX

Dolmabağça sarayı yaxınlığındakı atışma zamanı bir polis əməkdaşı xəsarət alıb. Trend bu barədə Türkiyənin "Hurriyet" qəzetinə istinadən məlumat verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti