Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə suriyalı qaçqınların Yunanıstana keçməsinin qarşısını alıb. Bu barədə Trend "Haber7" qəzetinə istinadən məlumat verir.
Son iki gün ərzində 500-dən çox suriyalı qaçqın Türkiyənin Ədirnə vilayəti ilə sərhəddə toplaşıb. Onların niyyəti Yunanıstan ərazisinə keçməkdir.
Məlumata görə, həmin qaçqınlar Mardin vilayətinə göndəriləcək.